İRNA-nın sionist mediaya istinadlı məlumatına görə, bu sionist əsirin anası deyib: HƏMAS-ın bəyanatı birbaşa Netanyahunun məsuliyyətsiz davranışının nəticəsidir, onun qəsdən gecikdirilməsi və lazımsız təxribatçı bəyanatları razılaşmanın icrasını pozub.
O əlavə edib: "Netanyahu danışıqların ikinci mərhələsini aparmaq üçün səlahiyyətli nümayəndə heyəti göndərməsə, o, əslində əsirlər üçün ölüm hökmü çıxarıb".
Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü Əbdüllətif əl-Qanu bundan əvvəl vurğulamışdı ki, gələn şənbə günü sionist əsirlərin azad edilməsinin təxirə salınmasına görə Benyamin Netanyahu məsuliyyət daşıyır.
Əl-Qanu Əl-Ərəbi telekanalına müsahibəsində deyib: Bizim atəşkəs rejiminə sadiqliyimiz düşmənin bu müqavilədəki öhdəliklərinə əməl etdiyi müddətcədir.
Sizin rəyiniz